"Unibank" maliyyə savadlılığı layihəsi çərçivəsində məktəblilər üçün 31 Oktyabr Beynəlxalq Əmanət Gününə həsr olunmuş təlim təşkil edib.
"Unikal" xəbər verir ki, Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilati dəstəyi ilə keçirilən tədbirdə 6–7-ci siniflərdə təhsil alan 30 şagird iştirak edib. Məqsəd uşaqlara maliyyə ilə düzgün davranış, pulun idarə olunması və gündəlik həyatda doğru maliyyə qərarlarının verilməsi ilə bağlı ilkin bilik və vərdişlər aşılamaq olub.
Təlim zamanı şagirdlərə pul, əmanət, kredit, xərclərin planlaşdırılması və qənaət mövzularında məlumat verilib. Uşaqlar gəliri necə bölüşdürmək, ehtiyac və istəkləri bir-birindən ayırmaq, xərclərə nəzarət etmək və yığım vərdişi formalaşdırmaq barədə praktiki nümunələr üzərində işləyiblər.
Mövzuların daha rahat mənimsənilməsi üçün müxtəlif oyunlar və interaktiv tapşırıqlardan istifadə olunub. Şagirdlər büdcə bölgüsü, qənaət və maliyyə qərarları ilə bağlı situasiyaları oyun formatında həll edərək öyrəndiklərini praktik şəkildə tətbiq ediblər.
Təlim çərçivəsində uşaqlar üçün Unibank filialına ekskursiya da təşkil olunub. Şagirdlər bankın gündəlik fəaliyyəti ilə yaxından tanış olub, müxtəlif bank prosesləri barədə məlumat alıblar. Xüsusilə pul sayan maşının iş prinsipi uşaqların böyük marağına səbəb olub.
Əmanət Günü ilə bağlı şagirdlərə yığım və əmanətin əhəmiyyəti, pulun düzgün idarə olunması və gələcək üçün maliyyə planlamasının faydaları barədə maarifləndirici məlumatlar təqdim edilib.
Tədbirin sonunda iştirakçılara sertifikat və hədiyyələr təqdim olunub.
"Unibank" maliyyə savadlılığının erkən yaşlardan formalaşmasının gələcəkdə daha düzgün maliyyə qərarlarının verilməsində mühüm rol oynadığını əsas götürərək, bu istiqamətdə maarifləndirici təşəbbüslərini davam etdirir.
"Unibank" – Sənin Bankın!




















.jpg)




.webp)








.png)






.jpg)


.jpg)


