Toledo əyalətində baş verən qatar qəzası səbəbindən üçgünlük matəm elan edilib.

"Unikal" xəbər verir ki, regional hökumət başçısı Xuan Manuel Moreno bu barədə sosial mediada məlumat verib.

"Biz Əndəlusda üç günlük rəsmi matəm elan edirik — bu gündən etibarən gələn şənbə, 31 oktyabr tarixinə qədər. Biz çox sarsılmışıq. Bütün Əndəlus bu qatar qəzasının qurbanları ilə birlikdə yas tutur", - deyə o yazıb.