Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri ilə birlikdə Birinci Qarabağ Müharibəsi şəhidimizin anası Elmira Əsgərovaya Vurğun qəsəbəsində yaşadığı ünvanda baş çəkib.

"Unikal" xəbər verir ki, 81 yaşlı Elmira ana ölkəmizin azadlığı uğrunda canından keçən şəhidlərimizn aiə üzvlərinə, müharibə iştirakçılarına dövlətimizin göstərdiyi yüksək diqqətə görə minnətdarlığını bildirib.
Allahdan şəhidlərimizə rəhmət, qazilərimizin sağlamlıqlarına qovuşmasını diləyir, qəhrəman Vətən oğullarımızın hər bir ailə üzvünə möhkəm cansağlığı arzu edirik!