"Dünyada bir milyarddan çox insan süni intellektdən istifadə edir". 

“Unikal” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən paneldə deyib.

O bildirib ki, Azərbaycanda Azərbaycan dilində süni intellekt modellərinin inkişafına, kibertəhlükəsizlik üzrə maarifləndirməyə və uşaqların rəqəmsal təhlükələrdən qorunmasına xüsusi diqqət yetirilir.

Gülayə Mecid