Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov ABŞ-nin “Fortinet” şirkətinin Yaxın Şərq, Türkiyə və MDB üzrə vitse-prezidenti Alen Penel ilə görüşüb.
 
"Unikal"
xəbər verir ki, görüşdə Azərbaycanda kibertəhlükəsizlik üzrə ixtisaslı yerli mütəxəssislərin hazırlanması məqsədilə “Fortinet” şirkəti ilə əməkdaşlıq imkanları, o cümlədən ali təhsil müəssisələrində “Fortinet Academic Partner Program”ın genişləndirilməsi müzakirə edilib.
 
Eyni zamanda şirkətlə “bulud” texnologiyaları, kiberhəllər, süni intellekt həlləri üzrə əməkdaşlıq imkanları haqqında fikir mübadiləsi aparılıb.