Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərin müzakirəsi məqsədilə YAP Binəqədi rayon təşkilatının “Binəqədi rayonu, Azadlıq prospekti 181” ünvanı üzrə ərazi partiya təşkilatında görüş keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Görüşü giriş nitqi ilə açan Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektor əvəzi, ərazi partiya təşkilatının üzvü Fərid Babayev ölkəmizin qazandığı tarixi Zəfərin, ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasının Azərbaycanın qarşısında yeni inkişaf mərhələsi açdığını bildirib. O qeyd edib ki, bu mərhələdə partiya təşkilatlarının fəaliyyətinin müasir tələblərə uyğun qurulması, üzvlərin ictimai-siyasi fəallığının artırılması və dövlət siyasətinin mahiyyətinin vətəndaşlara düzgün çatdırılması xüsusi əhəmiyyət daşıyır.
Milli Məclisin deputatı Kamaləddin Qafarov çıxışında Azərbaycanın son illərdə əldə etdiyi siyasi, iqtisadi və hərbi uğurlardan bəhs edib. O, bu nailiyyətlərin Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin nəticəsi olduğunu vurğulayaraq, əldə olunan uğurların qorunmasının və qarşıda duran vəzifələrin yerinə yetirilməsinin hər bir partiya üzvündən fəallıq, məsuliyyət və vətəndaş mövqeyi tələb etdiyini bildirib.
Milli Məclisin deputatı Səbinə Xasayeva isə qurultay çərçivəsində müzakirə olunan məsələlərin, irəli sürülən təklif və təşəbbüslərin partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətini diqqətə çatdırıb.
YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov qurultayın keçirildiyi beynəlxalq şəraitdə ideoloji fəaliyyətin əhəmiyyətinin artdığını vurğulayıb. O bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasından sonra regional siyasətdə yeni imkanlar yaranıb, iqtisadi əlaqələrin inkişafı və Avropanın enerji təhlükəsizliyində ölkəmizin rolu daha da aktuallaşıb. Rayon təşkilatının sədri, həmçinin Azərbaycanın müstəqil xarici siyasət kursu yürütməsinin və milli maraqlarını qətiyyətlə müdafiə etməsinin əhəmiyyətini qeyd edib.
Görüşdə YAP-ın VIII Qurultayında müəyyənləşdirilən vəzifələrin həyata keçirilməsi, partiya üzvlərinin ictimai-siyasi fəallığının artırılması və ərazi partiya təşkilatlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.






.jpg)


.jpg)

.jpeg)























.jpg)







_1766155543.jpeg)



