Son iki ay ərzində İranın bir neçə şəhərində 38 qadın və uşaq qətlə yetirilib.

"Unikal" xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Cinayət qurbnlarının 25-i qadın, 13-ü isə uşaqlardır.

Cinayətlərin Dehloran, Tehran, Təbriz, Kermanşah, Mərənd, İsfahan, Əliabad Kətul və başqa bir neçə şəhərdə baş verdiyi bildirilib.

Qadınların əksəriyyəti həyat yoldaşları və yaxın ailə üzvləri tərəfindən qətlə yetiriliblər.