İndoneziyada tələbələrin etirazları başlayıb.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, etirazçıların qəzəbi ölkəni bürüyən meşə yanğınları və qiymətlərin artmasından qaynaqlanır. Nümayişlər paytaxt Cakarta da daxil olmaqla, ölkənin bir neçə şəhərində keçirilib.
Etirazçılar hakimiyyət orqanlarından ekoloji məsələlərə daha ciddi yanaşmağı və sosial çətinliklərin həllini tələb ediblər.
Sosial mediada yayılan görüntülərdə etirazçıların şüarlar səsləndirdiyi, məşəl yandırdığı və maşınları dağıtdığı bildirilir.
Qeyd edək ki, son günlərdə Fransa, İtaliya, Albaniya və Belçikasa kəskin qiymət artımı və digər sosial məsələlərdən qaynaqlanan etiraz aksiyaları keçirilib.
Gülayə Mecid













































.jpg)



.jpeg)
