"Ukrayna Rusiyaya qarşı müharibədə uduzmur, amma bu münaqişə ən qiymətli şeyi - insanın həyatını əlindən alır".
"Unikal" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Osloda Ukrayna, Avropa və Amerika nümayəndə heyətləri arasında keçirilən görüşdən sonra keçirilən mətbuat konfransında deyib,
Jurnalistlər Zelenskiyə güzəştləri və hazırda Rusiyaya qarşı müharibədə uduzub-uduzmadığı barədə suallar veriblər.
O, müzakirələrin "həssas" məsələlər üzərində qurulduğunu bildirib. Bununla belə, Zelenski, bildirib ki, "Ukrayna müharibəni uduzmur. Amma biz insanları və vaxtı itiririk, çünki uşaqlarımızın real həyatı, uşaqlığı yoxdur".
Ukrayna lideri həmçinin əlavə edib ki, "məhz buna görə də bu müharibəni mümkün qədər tez bitirməliyik".












































.jpg)



.jpeg)



