Avropada yayılan iğtişaşlar böyük böhrandan xəbər verir.

​"Unikal" xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.

Onun sözlərinə görə, böhranın sistemli və ya qeyri-sistemli olduğunu demək çətindir, lakin bunun böyük bir böhran olduğu aydındır: "Bunlar faktiki olaraq artıq xaosla həmsərhəd olan iğtişaşlardır. Bütün bunlar Fransanın böyük şəhərlərində yayılıb, görürük ki, İtaliyada və digər ölkələrdə də yayılmağa başlayır.

​Burada, əlbəttə ki, böhran təzahürü aydındır, lakin hər halda bu, həmin ölkələrin daxili işidir".

Ağarza Elçinoğlu