18 oktyabr 2026-cı il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsində Vətən Müharibəsi şəhidi Kəlbiyev Şaiq Namiq oğlunun anım mərasimi keçirilib.
"Unikal" xəbər verir ki, anım mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Natiq Əliyev, Milli Məclisin deputatı Aydın Hüseynov, YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsinin rəisi Bəxtiyar Hümbətov, Qərbi Azərbaycan İcması Qaradağ rayon təşkilatı sədrinin müavini İbad Mehdiyev, Rayon İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, şəhid ailələri və qazilər, həmçinin şəhidin ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Qonaqlar şəhidin məzarını ziyarət edərək, ailə üzvlərinə dərin hüznlə başsağlığı vermiş və səbir arzulamışlar. Ziyarət zamanı Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqdan bəhs olunmuş və qeyd olunmuşdur ki, bu gün azad olunmuş torpaqlarda müqəddəs üçrəngli bayrağımızın dalğalanması hər bir azərbaycanlı üçün qürur mənbəyidir.
Daha sonra RİH başçısı Natiq Əliyev ehsan süfrəsində iştirak edərək şəhidin ailə üzvlərinə dərin hüznlə başsağlığı vermiş, onlara səbir və dözüm arzulamışdır.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirmişlər. Vətən uğrunda canını fəda edən şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. Onların qanı bahasına azad edilən müqəddəs torpaqları göz bəbəyi kimi qoruyacağıq.
Şəhidlərimizin qarşısında baş əyir, onların əziz xatirəsini dərin ehtiramla yad edirik. Onlara Allahdan rəhmət, ailələrinə səbir və dözüm arzulayırıq.






.jpg)

















































