Amerika şirkəti "Tesla" maneələri aşaraq uça bilən elektrikli avtomobil olan "Roadster"i təqdim edib. 

"Unikal" xəbər verir ki, avtomobilin təqdimatı Texasdakı "SpaceX" sınaq poliqonunda baş tutub. "Roadster" sıxılmış qaz buraxan və avtomobilin havadakı mövqeyini idarə etməyə imkan verən burun sisteminə malikdir.

Təqdimat zamanı izləyicilərə sınaqdan keçirilən nəqliyyat vasitəsinin videosu nümayiş etdirilib. Avtomobil havaya qalxıb və öz oxu ətrafında çevrilib.

"Roadster" həmçinin saatda 60 mil (təxminən 97 kilometr) sürətə 0,81 saniyəyə çatıb. Seriyalı istehsalın 2028-ci ilə planlaşdırılır.