Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev “Huawei” şirkətinin təqaüd proqramının qalibi olan tələbələrlə görüşüb.
"Unikal" xəbər verir ki, AzTU ilə “Huawei Technologies Azerbaijan” şirkəti arasında informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində həyata keçirilən əməkdaşlıq çərçivəsində İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin 5 tələbəsi təqaüd proqramının qalibi olub.
Qaliblər “Huawei Technologies Azerbaijan” şirkətinin texniki heyətindən ibarət komissiyanın qiymətləndirməsi əsasında müəyyən edilib. Proqramın qalibi olan tələbələrə pul mükafatı təqdim olunub.
Tələbələrə uğurlar arzulayan rektor onların bu cür proqramlarda iştirakının peşəkar inkişaflarına və gələcək karyera imkanlarının genişləndirilməsinə mühüm töhfə verəcəyinə inandığını bildirib.
Görüşdə tələbələrin əldə etdikləri nailiyyətlər yüksək qiymətləndirilib, onların gələcəkdə də yerli və beynəlxalq təqaüd proqramlarında, eləcə də innovativ layihələrdə fəal iştirakının əhəmiyyəti vurğulanıb.
Qeyd edək ki, AzTU ilə “Huawei Technologies Azerbaijan” şirkəti arasında əməkdaşlıq tələbələrin İKT sahəsində bilik və bacarıqlarının artırılmasına, peşəkar inkişafına və əmək bazarına hazırlığına xidmət edir.































.jpg)






.jpg)







.jpg)
