Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun önünə getdilər. Yüzlərlə insan toplanıb, hicaba görə... Nə qədər həssas insanlarsınızmış?! Ölkənizdə bir çox hüquqsuzluqlar olur, niyə səsiniz çıxmır?

"Unikal" xəbər verir ki, bu sözləri türkiyəli tanınmış jurnalist Ərdəm Atay Yutub sosial şəbəkəsindəki kanalında Azərbaycan məktəblərində hicab qadağasına (vahid məktəbli forması -red.) Türkiyənin reaksiyası barədə danışarkən deyib.

“Azərbaycan Baş Konsulluğunun önünə getmək qardaşa xəyanətdir. Bunu etməyin”, - deyə Atay bildirib.