Katolik Kilsəsinin ruhani lideri Papa XIV Leo ağciyərində aşkarlanan kiçik düyünün götürülməsi üçün bu gün xəstəxanaya yerləşdiriləcək.
"Unikal" xəbər verir ki, bu barədə Vatikan məlumat yayıb.
Məlumata görə, 71 yaşlı pontifikin ağciyərindəki düyün rutin tibbi müayinələr zamanı aşkarlanıb. Həkimlər onun cərrahi müdaxilə ilə çıxarılmasını tövsiyə ediblər.
Papa XIV Leonun sağalma müddətinin təxminən bir həftə davam edəcəyi gözlənilir. Bu səbəbdən onun oktyabrın 20-dək bütün ictimai tədbirləri ləğv edilib.
Qeyd edək ki, pontifik düyünün erkən mərhələdə aşkarlandığını bildirib. Onun xərçəng olub-olmaması barədə isə rəsmi məlumat açıqlanmayıb.





.webp)














































