Türkiyənin hüquq-mühafizə orqanları Ankaranın Etimesgut bələdiyyəsində əməliyyat keçirib və iki bələdiyyə sədrinin müavini də daxil olmaqla 25 nəfər saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin hüquq-mühafizə orqanları məlumat yayıb.

Əməliyyatın səbəbi hələlik aydınlaşdırılmayıb.

Xatırladaq ki, bu ilin iyul ayında bu işlə bağlı genişmiqyaslı əməliyyat zamanı Etimesgut bələdiyyə başçısı Erdal Beşikçioğlu və onun müavinləri də daxil olmaqla onlarla insan saxlanılmışdı.