“Mançester Siti”nin baş məşqçisi Enzo Mareska İngiltərə Premyer Liqasında uğurlu statistikaya imza atıb.

"Unikal" xəbər verir ki, o, çempionat tarixində yeni komandasının sükanı arxasında keçirdiyi ilk 6 oyunun hamısında qələbə qazanan 4-cü mütəxəssis olub. İtaliyalı baş məşqçi bu göstəriciyə Premyer Liqanın VI turunda “Liverpul” üzərində qazanılan qələbə (3:0) ilə çatıb.

Mareskadan əvvəl bu nəticəyə Karlo Ançelotti (“Çelsi”), Xosep Qvardiola (“Mançester Siti”) və Ule-Qunnar Sulşer (“Mançester Yunayted”) nail olublar.

Qeyd edək ki, “Mançester Siti” 18 xalla turnir cədvəlinə başçılıq edir.