İranın dövlət televiziya və radio qurumu IRIB-in Azərbaycan dilində yayımlanan “Sahar Azəri” kanalında Türkiyədə Azərbaycanla bağlı aksiya keçirildiyinə dair həqiqəti əks etdirməyən məlumat paylaşılıb.
“Unikal” xəbər verir ki, kanalın “YouTube” hesabında Türkiyənin Diyarbəkir şəhərində baş tutan dini tədbir Azərbaycanlı hicablılara dəstək məqsədilə təşkil olunan aksiya kimi təqdim edilib.
Lakin yayımlanan görüntülər oktyabrın 11-də Diyarbəkirin Sur bölgəsində keçirilən “Niyet Ettim Tesettüre, Emrin Başım Üstüne” adlı dini mərasimə aiddir.
Dünya Qız Uşaqları Günü ilə eyni vaxta təsadüf edən tədbir ilk dəfə hicab bağlayan gənc qızlar üçün təşkil olunub. Mərasim zamanı yüzlərlə qız əllərində bayraqlarla yürüş edib, dini şüarlar səsləndirib.
Tədbirin əsas məqsədi hicab taxmağa yeni başlayan qızlara dəstək göstərmək və dini dəyərləri təbliğ etmək olub.
Qeyd edək ki, bu tip mərasimlər son illərdə Diyarbəkirdə, eləcə də Türkiyənin digər şəhərlərində dini icmaların təşkilatçılığı ilə mütəmadi olaraq keçirilir.









































.jpg)






