Türkiyəli aktrisa Helin Kandemir yeni sevgilisi, futbolçu Dorukhan Toközlə ayrılıb.
"Unikal" xəbər verir ki, 1 ay əvvəl sevgili olan cütlük sosial media hesablarında bir-birilərini izləmədən çıxarıblar.
Qeyd edək ki, Helin hazırda "Sevdiyim sensin" serialında çəkilir. O, bundan əvvəl iş adamı Celal Can Algüllə münasibətdə olub. Aktrisanın bu münasibəti də uzun çəkməmişdi.

























































