Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən Perinatal mərkəzdə uşaq kardioloqu olaraq çalışan Elnur İmanovun səsinin yer aldığı iddia olunan audioyazı yayılıb.
"Unikal" Bakupost-a istinadla xəbər verir ki, audioyazıda icbari tibbi sığorta ilə müraciət edən xəstələrdən exokardioqrafiya müayinəsinə görə ödəniş tələb edildiyi bildirilir.
Həmçinin o da aydın olur ki, iki uşağın müayinəsi üçün ümumilikdə 10 manat istənilir. Pasiyent isə həmin şəxsdən kart nömrəsini alır ki, ödəniş etsin.
Qeyd edək ki, İcbari Tibbi Sığorta çərçivəsində göstərilən xidmətlərə görə qanunvericiliyə əsasən vətəndaşlardan əlavə ödəniş alınması qanunsuzdur.
İddia olunur ki, məsələdən hazırda Sumqayıt Tibb Mərkəzinin direktor müavini, Perinatal Mərkəzin rəhbəri Təranə Rəcəblinin də məlumatlı olduğu iddia edilir.
Məsələ ilə bağlı açıqlama verən Elnur İmanov iddiaları qəti şəkildə təkzib edib.




.webp)



.webp)













































