Britaniya əsgəri xidmət zamanı eşitmə qabiliyyətini itirib və Müdafiə Nazirliyindən 700.000 funt sterlinq (1 601 670 AZN) təzminat tələb edir. 

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, Britaniya Paraşüt Alayının 34 yaşlı keçmiş üzvü Kleofis Hoare Müdafiə Nazirliyinə qarşı 700.000 funt sterlinq məbləğində iddia qaldırıb. O, on illik hərbi xidməti zamanı paraşüt tullanmaları zamanı həddindən artıq səs-küy səbəbindən eşitmə qabiliyyətini itirdiyini iddia edir.

Üç uşaq atası hazırda ağır eşitmə itkisindən əziyyət çəkir. Onun sözlərinə görə, eşitmə itkisi yuxusuna və diqqətini cəmləməsinə də təsir edib, narahatlıq və depressiyaya səbəb olub.

Müdafiə Nazirliyi xidmət zamanı səs-küyün zərər verə biləcəyini etiraf etsə də, eşitmə itkisinə səbəbin bunun olduğunu iddia edir. Bu iş üzrə dinləmələr davam edir və məhkəmə prosesi hələ də həll olunmayıb.

Gülayə Mecid