"Trampın ritorikasına əməllə cavab verəcək və torpağımızın hər qarışını müdafiə edəcəyik".
"Unikal" xəbər verir ki, bu barədə İran prezidenti Məsud Pezeşkian bildirib.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bundan əvvəl Hörmüz boğazının İranla əlaqəsi olan gəmilər istisna olmaqla, bütün ticarət gəmiləri üçün açıq olduğunu açıqlamışdı.
Qeyd etmək lazımdır ki, ABŞ-İran danışıqları davam etsə də, hər iki tərəfdə hərbi əməliyyatlar dayanmır.
Tramp deyib ki, İran nümayəndələri danışıqlar masasına qayıtmasalar, ABŞ ordusu yaxın günlərdə və gələn həftə İrana zərbələr endirməyə davam edəcək.
"Biz onları bu gün, sabah, birisi gün və gələn həftə vuracağıq", - deyə o, "Fox News"a verdiyi müsahibədə bildirib.
Tramp həmçinin qeyd edib ki, Tehran danışıqlara razı olmazsa, ABŞ İranın bütün körpülərini və elektrik stansiyalarını dağıtmağa hazırdır: "Gələn həftə onlar üçün çox pis olacaq, çünki gələn həftə elektrik stansiyalarının, körpülərin növbəsi olacaq".
Ağarza Elçinoğlu


















































