Bakının Sabunçu rayonunda üçaylıq körpə faciəli şəkildə ölüb.
"Unikal" "Teleqraf"a istinadən xəbər verir ki, hadisə rayonun Balaxanı qəsəbəsində qeydə alınıb.
Belə ki, üçaylıq Mələk Həsən qızı Cəfərzadə anası tərəfindən yatağa uzadılıb. Ana körpənin yuxusunu pozmamaq üçün digər qızını yatızdırmaq məqsədilə başqa otağa keçib.
Bir müddət sonra geri qayıdan qadın körpəsini üzüaşağı vəziyyətdə görüb. Uşağı çevirdikdə isə onun nəfəs almadığını müəyyən edib.
Körpə dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin ehtimala görə, körpə yataqda boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır. Ölümün dəqiq səbəbi müvafiq ekspertizanın nəticələri məlum olduqdan sonra müəyyən ediləcək.












.jpg)








.jpg)



.jpg)



.jpg)





.jpg)










.jpg)









