ABŞ Prezidenti Donald Tramp İranla müharibədə növbəti addımı ilə bağlı qərarını yeni ilin əvvəlində verəcəyini bildirib.

"Unikal" xəbər verir ki, Tramp bu barədə Çindən ABŞ-yə qayıdarkən prezident təyyarəsinin göyərtəsindən “Axios” nəşrinə telefonla verdiyi müsahibəsində deyib.

“İranla bağlı qərar verməyə tələsmirəm. Yeni il başlayandan sonra nə baş verəcəyini görəcəyik”, – deyə ABŞ Prezidenti bildirib.