Fransanın paytaxtı Parisdə həftəsonu planlaşdırılan kütləvi etiraz aksiyaları ilə əlaqədar iki ərazidə komendant saatı tətbiq ediləcək.

"Unikal" xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.

Məhdudiyyətlər yerli vaxtla saat 23:00-dan 06:00-dək Respublika meydanı və Şatle – Le-Al məhəlləsində qüvvədə olacaq. Komendant saatı şənbə günündən bazar gününə və bazar günündən bazar ertəsinə keçən gecələri əhatə edəcək.

Qərar alıcılıq qabiliyyətinin azalmasına qarşı keçiriləcək nümayişlər zamanı ictimai asayişin qorunması məqsədilə qəbul edilib.

Məlumata görə, oktyabrın 24-də Fransada keçirilən kütləvi nümayişlərdə 410 min nəfər iştirak edib. Ümumi Əmək Konfederasiyası (CGT) həmkarlar ittifaqı isə iştirakçıların sayının 800 min olduğunu açıqlayıb.