Dünyanın ən böyük qatlanan kitabı rəsmi olaraq Ginnesin Rekordlar Kitabına daxil edilib.
"Unikal" xəbər verir ki, Los-Ancelesdəki Riçard Riordan Mərkəzi Kitabxanasında şəhərin ictimai kitabxana sisteminin yüz illiyini qeyd etmək üçün açılışı olub.
"Luceros y Penumbras" (ingiliscə "Starlight and Shadows" / azərbaycanca "Ulduz işığı və kölgələr", - red.) adlı kitabın ölçüsü açıldıqda təxminən 6,1x4,7 metrdir. Üçölçülü kağız konstruksiyalarının hündürlüyü 3,4 metrə çatır.
Dizayn rəssam Daniel Qonsales, kağız mühəndisliyi Metyu Raynhart və Enn Marşal, tam miqyaslı istehsal isə Goodnight & Co. tərəfindən hazırlanmışdır.
Kitab o qədər böyükdür ki, səhifələri çevirmək üçün on nəfərlik bir komanda lazımdır. Sərgi xüsusilə Los-Anceles İctimai Kitabxanasının 100 illik yubileyi üçün yaradılmışdır. Hazırda o, rəsmi olaraq dünyanın ən böyük 3D kitabı kimi tanınır.









.jpg)


.jpg)
































.jpg)
.jpg)




