El Salvador prezidenti Nayib Bukele Haitidə silahlı dəstələr tərəfindən qaçırıldığı bildirilən dörd salvadorlu aviasiya texnikinin təhlükəsiz şəkildə azad edilməsini tələb edib.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, bunun fonunda Haitiyə təxminən 1000 əsgər göndərilib.
Bukele silahlı dəstələri sərt cavab tədbirləri ilə hədələyib. 400 "Mawozo" dəstəsinin lideri Uilson Cozef isə texnikləri girov saxladığını inkar edib və Salvador qüvvələri ilə qarşılaşmağa hazır olduğunu bildirib.












































.jpg)






