Sabirabad rayonunun Qaralar kəndində yerləşən tibb məntəqəsində həkim olmaması sakinləri üçün çətin vəziyyət yaradır.   

"Unikal" Xəzər TV-yə istinadən xəbər erir ki, məntəqə 2014-cü ildə sakinlərin istifadəsinə verilib, lakin qısa müddət sonra fəaliyyətini dayandırıb.

Sakinlərin sözlərinə görə, məntəqədə çalışan həkim təqaüdə çıxdıqdan sonra onun yerinə yenisi təyin edilməyib. Nəticədə kənddə tibbi xidmətlə bağlı yaranan problem bugünədək davam edir.

Hazırda sakinlər tibbi müayinədən tutmuş bir çox xidmət üçün başqa ünvanlara üz tuturlar ki, bu da onlara baha başa gəlir:

Şikayətçilər tibb məntəqəsinin fəaliyyətinin yenidən bərpa olunmasını istəyirlər.

Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət edilib, lakin indiyədək öz həllini tapmayıb.

Problemlə bağlı Sabirabad Rayon Mərkəzi Xəstəxanası ilə əlaqə saxladıq. Bildirildi ki, ərazi üzrə tibbi xidmət müvəqqəti olaraq Sabirabad Rayon Mərkəzi Xəstəxanası və onun tabeliyindəki Ailə Sağlamlıq Mərkəzləri tərəfindən həyata keçirilir. Kənddə ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi və əhaliyə göstərilən tibbi xidmətlərin əlçatanlığının artırılması istiqamətində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur.