Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikası Hesablama Palatasının auditorunun təyin edilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.

"Unikal" xəbər verir ki, Hesablama Palatasının auditoru Hafiz Mahir oğlu İsmayılbəylinin vaxtının uzadılması nəzərdə tutulur. Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, “Hesablama Palatası haqqında” Qanuna əsasən, Hesablama Palatasının üzvləri Hesablama Palatasının sədri, sədr müavini və 5 auditordan ibarətdir.

Hesablama Palatasının üzvləri dövlət auditoru hesab edilirlər. Hesablama Palatası üzvlərinin səlahiyyət müddəti 7 ildir. Hesablama Palatasının üzvləri Milli Məclisin sədrinin təqdimatı əsasında Milli Məclisin azı 63 deputatının səs çoxluğu ilə təyin edilir.

Anar Kəlbiyev