Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin İqtisadi və sosial coğrafiya kafedrasının müəllimi Maqsud Babayev vəfat edib.
"Unikal" xəbər verir ki, M.Babayev 74 yaşında dünyasını dəyişib. Mərhum 2021-ci ildən BDU-da müəllim işləyirdi.
O, 2001-2007-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər dənizinin ətraf mühitinin və bioloji sərvətlərinin mühafizəsi bölməsinin rəhbəri, 2007-2008-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsinin Ekoloji Monitorinq Departamentinin rəisi, 2008-2014-cü illərdə ARDNŞ-in “Ekol Mühəndislik Xidmətləri” QSC-də Səyyar Monitorinq Xidmətinin rəisi, 2014-2018-ci illərdə “Azərsu” ASC-də Texnoloji proseslərə və suyun keyfiyyətinə nəzarət şöbəsinin rəisi, baş texnoloq vəzifələrində çalışıb.













.webp)












.webp)

















.jpg)






