Göygöldə bədbəxt hadisə baş verib.

"Unikal" xəbər verir ki, hadisə rayonun Çaykənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1964-cü il təvəllüdlü X. Cəlilov yaşadığı evin həyətində qoz ağacından yıxılaraq ölüb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.