MADO illərdir qonaqlarının süfrələrini tamamlayan tortları ilə həyatın ən gözəl və özəl anlarında da onların yanındadır.
"Unikal" xəbər verir ki, ad günü, yubiley, nişan, ailəvi məclis, korporativ tədbir və sizin üçün xüsusi olan hər bir günün öz ab-havası, öz hekayəsi var. MADO tortları isə həmin hekayənin ən dadlı və şirin hissəsinə çevrilir.
Klassik və sevilən dadlardan ibarət hazır tort kolleksiyamızdan seçim edə və ya xüsusi gününüz üçün fərdi dizaynda tort sifariş edə bilərsiniz.
Ballı və şokoladlı tortlardan klassik ağ biskvitə, meyvəli içliklərdən fərqli krem seçimlərinə, müxtəlif çeşidli çizkeyklərdən daha zəngin və xüsusi dad kombinasiyalarına qədər geniş seçim təqdim edirik. Beləliklə, tortunuzu yalnız görünüşünə deyil, dadına görə də özəl gününüzə və zövqünüzə uyğun seçə bilərsiniz.
Arzuladığınız dekoru, rəngləri və üslubu bizimlə bölüşün — ustalarımız tortunuzu istəyinizə və tədbirinizin konseptinə uyğun hazırlayacaq. Zərif və minimalist dizaynlardan daha təntənəli və fərqli dekorlara qədər hər bir sifarişə xüsusi yanaşırıq.
Bizim üçün gözəl tort yalnız görünüş demək deyil. Keyfiyyətli inqrediyentlər, sevilən MADO dadı, zərif təqdimat və peşəkar hazırlanma hər bir tortumuzun əsasını təşkil edir.
Çünki bəzi günlər sadəcə qeyd olunmur — yadda qalır. Əlaqə nömrəsi: 051 233 28 30
LƏZZƏTLƏ GÖRÜŞÜN!

























































