Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.
"Unikal" xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Bakıda Lixtenşteyn yığması ilə üz-üzə gəlib.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirililən D Liqasının 2-ci qrupunun matçı qolsuz başa çatıb.
Azərbaycan millisi hazırda qrupda 2 xalla ikinci pillədə qərarlaşıb. Litva seçməsi 3 xalla liderdir. Hesabında 1 xalı olan Lixtenşteyn sonuncudur.
XXX
21:04
UEFA Millətlər Liqasının Azərbaycan - Lixtenşteyn oyununda ikinci hissə başlayıb.
"Unikal" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirililən D Liqasının 2-ci qrupunun matçında qolsuz bərabərlik davam edir - 0:0.
Qarşılaşmanın baş hakim avstriyalı Kristian-Petru Çokirkadır.
Xatırladaq ki, Azərbaycan millisi hazırda qrupda 1 xalla ikinci pillədə qərarlaşıb. Litva seçməsi 3 xalla liderdir. Hesabında xal olmayan Lixtenşteyn sonuncudu
XXX
20:49
UEFA Millətlər Liqasının Azərbaycan - Lixtenşteyn oyununda ilk hissə başa çatıb.
"Unikal" xənər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirililən D Liqasının 2-ci qrupunun matçında komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar - 0:0.
Qarşılaşmanın baş hakim avstriyalı Kristian-Petru Çokirkadır.
Xatırladaq ki, Azərbaycan millisi hazırda qrupda 1 xalla ikinci pillədə qərarlaşıb. Litva seçməsi 3 xalla liderdir. Hesabında xal olmayan Lixtenşteyn sonuncudur.
XXX
20:00
UEFA Millətlər Liqasının D Divizionunda Azərbaycan və Lixtenşteyn yığmaları arasında keçirilən oyun başlayıb.
"Unikal" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan matç saat 20:00-da start götürüb.
Qarşılaşmanı Avstriyadan olan hakimlər briqadası idarə edir.
Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk matçında səfərdə Litva ilə 1:1 hesablı heç-heçə edib.




.jpg)













































