Ordumuzun hərbi qulluqçusu qəfil infarkt keçirərək vəfat edib. 

"Unikal" Manset.az-a istinadən xəbər verir ki, N saylı hərbi hissələrdən birində qulluq edən mayor Əliyev Müşviq Əşrəf oğlu qəfil ürək tutmasından dünyasını dəyişib. Mərhumun cənazəsi bu gün Bakıya gətiriləcək və burada dəfn ediləcək. 

Qeyd edək ki, mayor Əliyev Müşviq Əşrəf oğlu uzun illərdir hərbi qulluqçu kimi peşəkar fəaliyyət göstərib. Onun atası Əliyev Əşrəf də uzun illər polis orqanlarında çalışıb.