İngiltərənin "Mançester Yunayted" klubu Belçika millisinin futbolçusu Yuri Tilemansı heyətinə qatıb.
"Unikal" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İyirmi doqquz yaşlı yarımmüdafiəçi İngiltərənin "Aston Villa" klubundan transfer olunub. Tərəflər arasında 5 illik müqavilə imzalanıb.
Tilemans 2023-cü ilin yayından "Aston Villa"da çıxış edirdi. O, komandanın heyətində bütün turnirlərdə 185 oyunda meydana çıxıb, 35 qol vurub və 31 məhsuldar ötürmə edib. Futbolçu ötən mövsüm komandası ilə UEFA Avropa Liqasının qalibi olub.
Belçikalı yarımmüdafiəçi karyerası ərzində "Anderlext", "Monako" və "Lester Siti" klublarında da forma geyinib. O, "Lester Siti" ilə İngiltərə Kubokunu (2021), "Anderlext"lə isə iki dəfə Belçika çempionatını və iki dəfə Belçika Superkubokunu qazanıb.
Belçika millisinin üzvü 2026-cı il dünya çempionatında keçirdiyi 5 oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.






















.jpg)



.jpg)
.jpg)


















_1779806048.jpeg)



.jpg)




