Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya nəzərdə tutulan səfəri ilə bağlı hələ konkret tarixlər müəyyən edilməyib.
"Unikal" xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "RİA Novosti"yə bildirib.
"Hələ konkret tarixlər yoxdur", - deyə o qeyd edib.
Xatırladaq ki, bir gün əvvəl – Rusiya Prezidentinin ad günündə – Putin və Paşinyan arasında telefon danışığı olub. Ermənistanın Baş naziri öz xoş arzularını çatdırıb, həmçinin ikitərəfli gündəlikdəki məsələlər müzakirə edilib.
Ağarza Elçinoğlu


















































