"Bu gün Azərbaycanda kənd təsərrüfatının inkişafını mütəxəssis hazırlığı olmadan təsəvvür etmək qeyri-mümkündür. Həmçinin, mütəxəssis hazırlığı beynəlxalq əməkdaşlıq çərçivəsindən kənar qeyri-mümkündür. Azərbaycan Dövlət Aqrar Universitetində dövlət proqramı icra olunur. Bu proqram Türkiyənin Ege Universiteti ilə birgə həyata keçirilir".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında “Aqrar sahə haqqında” qanun layihəsinin müzakirəsi zamanı Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov deyib. 

Rektor bildirib ki, əcnəbi müəllimlərin universitetə cəlb olunması prosesi həyata keçirilir: "Hazırda 40-a yaxın müxtəlif ölkələrdən professorlar cəlb olunub. Son illərdə gənc nəslin aqrar sahəyə olan marağı yüksəlib. Yüksək bal toplayan tələbələrin aqrar sahəni seçməsi bu sahəyə olan marağın əsas tərəfi kimi qiymətləndirilə bilər".

Anar Kəlbiyev