Türkiyədə məşhurlara qarşı keçirilən narkotik istintaqı çərçivəsində saxlanılan model və aktrisa Çağla Boz barəsində qərar verilib.

"Unikal" xəbər verir ki, istintaq çərçivəsində ifadəsi alınan Çağla Boz məhkəmə qərarı ilə ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, Çağla bir müddət əvvəl də narkotikə görə saxlanılmış, test nəticələri müsbət çıxmışdı.