Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" "Toyota" markalı avtomobilin sürücüsü 48 yaşlı Ramil Hüseynov qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza nəticəsində avtomobildə olan Pirli kənd sakinləri - 37 yaşlı Maxruq Əliyeva ,16 yaşlı Fatimə Əliyeva, 19 yaşlı Afaq Hüseynova, 47 yaşlı Səidə Hüseynova və sürücü müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.