Pop ulduz Faiq Ağayevin köməkçisi vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə sənətçi paylaşım edib. 

Paylaşımda deyilir: "15 il evimdə canla-başla çalışmış, bütün məişət məsələlərimi vicdanla, doğmalıqla həll edən köməkçim bu gün torpağa tapşırıldı...

Uzun sürən ağır həyat mücadiləsindən sonra onu bu zəhrimar xəstəlik apardı...

Rahat uyu, o dünyadakı yerin-yurdun gözəl olsun, Elçin! Allah rəhmət eləsin!"